“Ziraat Bank Azərbaycan” ASC Müştəri Xidmətləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vəzifələrinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
-Bank daxili prosedurlara uyğun olaraq bankın fiziki şəxs müştərilərinə hesablaşma xidmətinin göstərilməsi, kreditlərin verilməsi, əmanətlərin qəbulu və digər bank məhsul və xidmətlərinin satışının (rəsmiləşdirilməsinin) təmin edilməsi;
-Bank məhsulları haqqda məsləhətlərin verilməsi;
-Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
-Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi arzuolunandır;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl, İngilis və Rus dilini bilənlərə üstünlük verilir;
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını setnyabr ayının 30-dək [email protected] elektron ünvanına təqdim edə bilərlər.