Müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

 İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında)

Əməkhaqqı: 500 AZN

İş yeri: “Melissa Group” MMC, Satış mərkəzi

 

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

 - Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;

 - Qonaqlarla görüşlərin təşkil olunması;

 - Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;

 - Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;

 - Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;

 - Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;

 - Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə dair tələblər:

 - 20-25 yaş arası xanım namizədlər;

 - Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;

 - Ali və ya orta ixtisas təhsili. 

 - Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);

 - Rus dili biliyi üstünlükdür;

 - Səlis nitq və fikrini ifadə etmə bacarığı;

 - Yüksək etik davranış qabiliyyəti;

 - Səbrli və məsuliyyətli olmalı.

Müraciət qaydası:

 Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd edərək, [email protected] ünvanına göndərmələri xahiş olunur.

 Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.