"Barattson" MMC Dillər bölməsinə “Müştəri xidmətləri üzrə təmsilçi” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
Səviyyə imtahanını təşkil etmək, keçirmək, yoxlamaq, “speaking”i təşkil etmək, nəticələri şirkətin daxili sisteminə əlavə etmək, nəticəni tələbəyə göndərmək, qrup təyin edilməsi üçün müvafiq əməkdaşa yönəltmək;
Təlimdaxili imtahanları (midterm, final və s.) təşkil etmək, yoxlamaq, test materiallarını çap etmək, “speaking”ləri təşkil etmək, nəticələri daxili sistemə əlavə etmək, tələbələri nəticələrlə bağlı məlumatlandırmaq;
Tələbə müqavilələrini hazırlamaq və sistemə daxil etmək;
Tələbələrə ödənişləri ilə bağlı məlumat vermək və onların ödənişlərini sistemdə izləmək;
Mütəmadi olaraq ödəniş faylını işləmək, hər ayın sonu ay üzrə tamamlanmış hesabatı bölmə menecerinə göndərmək;
CRM faylında müvafiq işləri görmək, qeydlər aparmaq;
Bölmənin və təşkilatın layihələrində iştirak etmək;
Lazım olduqda müraciət və zəng edən müştərilərə tədris olunan təlimlər haqqında ətraflı və dəqiq məlumat vermək;
Bölmə əməkdaşını lazım olduqda əvəz etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas tələblər:
Ali təhsil;
Müştəri xidmətləri sahəsində ən azı 6 ay iş təcrübəsi;
Yaş aralığı: 22-27 yaş;
Dil bilikləri: Azərbaycan dili -səlis, ingilis və rus dillərini bilmək üstünlükdür;
Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə "Word" və "Excel"i yaxşı səviyyədə bilmək.
Şəxsi keyfiyyətlər:
Xoş ünsiyyət;
Səlis nitq qabiliyyəti;
İşə məsuliyyətlə yanaşma;
İnsanları inandırma bacarığı;
Çevik işləmək bacarığı.
İş qrafiki: 5 günlük (I-V günlər saat 10:00-19:00);
Əməkhaqqı: 700 AZN (məbləğə bonus daxildir);
İş yeri: Barattson Elmlər filialı.
Namizədlərdən CV formalarını [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Müştəri xidmətləri üzrə təmsilçi - Dillər” qeyd olunmaqla göndərməkləri xahiş olunur.