“Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsinə qeydiyyat başladı!
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Təlim Mərkəzinin dəstəyi ilə keçirilən “Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsinə qeydiyyat başladı!
Layihənin əsas məqsədi gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnməsinə imkan yaratmaq, eyni zamanda gənclər arasında şəbəkələşməni genişləndirməkdir.
17-29 yaş arası gənclər üçün nəzərdə tutulan layihə 2 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Müraciət üçün son tarix: 31 oktyabr 2025-ci il
Qeydiyyat linki: https://forms.gle/CG5qwqwbDnaZn4gp9