ÖDƏNİŞSİZ VƏ TAM TƏQAÜDLÜ MÜHASİBATLIQ kursuna qeydiyyat başladı!

 

"UTECA" MMC və Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin birgə təşəbbüsü ilə "Mühasib" ixtisası üzrə yeni ödənişsiz və təqaüdlü peşə hazırlığı proqramına qeydiyyat elan olunub.

 

Layihə işsiz və işaxtaran şəxslərin əmək bazarında peşəkar inkişafına dəstək göstərməyi məqsəd qoyur.

 

Proqram çərçivəsində iştirakçılar müasir sığorta sektorunun tələblərinə uyğun nəzəri biliklər və praktiki bacarıqlarla təmin ediləcək.

 

Təlimləri uğurla tamamlayan məzunlara sertifikat təqdim olunacaq və onların işə düzəlmə prosesində peşəkar dəstək göstəriləcək.

 

Proqramın üstünlükləri:

- Tam ödənişsiz tədris – bütün dərslər pulsuz təqdim olunur;

- Aylıq təqaüd – kurs müddətində iştirakçılara müəyyən məbləğdə təqaüd ödənilir;

- Sertifikat – proqramı bitirənlər rəsmi sertifikat əldə edirlər;

- Məşğulluq dəstəyi – məzunlara iş tapmaqda və müsahibələrə hazırlıqda kömək göstərilir.

 

Qatılmaq üçün tələblər:

- Proqrama aşağıdakı kateqoriyadan olan şəxslər müraciət edə bilərlər:

- İşsiz və ya işaxtaran statusuna malik Azərbaycan vətəndaşları;

- 18 yaşdan yuxarı şəxslər.

 

İştirak edə bilməzlər:

- Tələbələr;

- Aktiv VÖEN-i olan şəxslər;

- Özünüməşğulluq proqramı çərçivəsində aktivlər əldə etmiş şəxslər;

- Hazırda qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslər.

 

Qeydiyyat qaydası:

 

Mühasib ixtisası üzrə karyera qurmaq istəyən namizədlər onlayn qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

 Qeydiyyat linki: https://forms.gle/Xibb6wJzUNhTnNNm9 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.