ÖDƏNİŞSİZ VƏ TAM TƏQAÜDLÜ “Satış mütəxəssisi” (B2B və B2C istiqamətləri üzrə) KURSUNA QEYDİYYAT BAŞLADI!

 

Satış sahəsində gələcək karyera qurmaq istəyirsən?

Nitq qabiliyyətinə, inandırma bacarığına və müştərilərlə işləmək istəyinə güvənirsənsə — bu təlim sənin üçündür!

 

"UTECA" MMC və Dövlət Məşğulluq Agentliyinin birgə təşəbbüsü ilə “Satış mütəxəssisi” ixtisası üzrə ödənişsiz və tam təqaüdlü peşə hazırlığı proqramına qeydiyyat başladı!

 

Proqram çərçivəsində:

-Peşəkar satış texnikaları öyrədiləcək;

-Müştəri ilə ünsiyyət və təqdimat bacarıqları inkişaf etdiriləcək;

-Real satış situasiyaları üzərindən praktik məşğələlər keçiriləcək;

-Təlimi uğurla başa vuranlara rəsmi sertifikat təqdim olunacaq;

-Məzunlara məşğulluq və işə düzəlmə dəstəyi göstəriləcək.

 

Proqramın üstünlükləri:

-Tam ödənişsiz tədris;

- Kurs müddətində aylıq təqaüd;

- Rəsmi sertifikat;

-İşə qəbul və müsahibə dəstəyi.

 

Tələblər:

-Azərbaycan vətəndaşı olmaq;

-İşsiz və ya işaxtaran statusuna malik olmaq;

-18 yaşdan yuxarı olmaq;

-Nitq qabiliyyəti və ünsiyyət bacarığı yüksək olmaq;

 

 İştirak edə bilməzlər:

-Əyani və ya qiyabi tələbələr;

-Aktiv VÖEN-i olan şəxslər;

-Özünüməşğulluq proqramı üzrə aktivlər əldə etmiş şəxslər;

-Hazırda qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslər;

 

Qeydiyyat qaydası:

Satış bacarıqlarını inkişaf etdirmək, gələcəkdə sabit və gəlirli iş tapmaq istəyirsənsə, onlayn qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz:

 

Qeydiyyat linki: https://forms.gle/3HpoCpt9evhB5C729

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.