Ödənişsiz Yay Təcrübə Proqramı – İnsan Resursları üzrə Təcrübəçi

 

OBA Mareket MMC İnsan Resursları sahəsində inkişaf etmək istəyən gənclər üçün  Yay Təcrübə Proqramına müraciət qəbul edir.

 

Bu proqram çərçivəsində iştirakçılar İnsan Resursları sahəsinin gündəlik iş prinsipləri ilə yaxından tanış olacaq, real iş mühitində HR proseslərini müşahidə edərək praktiki təcrübə qazanacaqlar. Təcrübə müddəti ərzində namizədlər komanda ilə birlikdə çalışaraq müxtəlif HR proseslərində iştirak edəcək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Təcrübə müddəti:

3 aylıq proqram

Əsas vəzifələr:

Müsahibələrin təşkili prosesində iştirak

HR sənədləşmə işlərində dəstək

Gündəlik HR fəaliyyətlərinə dəstək

Vakansiyaların paylaşılması prosesində iştirak

Tələblər:

İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə təhsil alan və ya yeni məzun namizədlər

HR sahəsinə maraq və inkişaf istəyi

MS Office proqramlarından istifadə bacarığı

Ünsiyyət və komanda ilə işləmə bacarığı

Məsuliyyətli və öyrənməyə açıq olmaq

İnsan Resursları sahəsində ilkin təcrübənin olması üstünlükdür

 

Biz nə təklif edirik?

Praktiki təcrübə qazanmaq imkanı

Peşəkar komandada inkişaf mühiti

İş yeri :Məmmədli qəsəbəsi

Servis mövcuddur:20 Yanvar, Koroğlu,Sabunçu,Zabrat ərazilərindən

Müraciət üçün:”İnsan Resursları üzrə təcrübəçi” başlığı ilə [email protected] mailinə CV-nizi yönləndirəsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.