İŞ ELANI | OFİS MENECERİ
Ingla School Baku komandamıza məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq bacarığı yüksək olan Ofis Meneceri axtarırıq!
İş yeri: Tbilisi Prospekti, Grand Hayat Yaşayış Kompleksi
İş saatları: 09:30 – 18:30
İş rejimi: Tam ştat
Maaş:500 azn
Əsas vəzifələr:
* Ofisin gündəlik işlərinin təşkil və koordinasiya edilməsi
* Gələn zənglərin və müraciətlərin cavablandırılması
* Qonaqların qarşılanması və yönləndirilməsi
* Sənədləşmə və ofis daxili işlərin aparılması
* E-mail və digər işgüzar yazışmaların idarə olunması
* Ofis ləvazimatlarına və gündəlik ehtiyaclara nəzarət
* Görüşlərin və ofis daxilində digər proseslərin koordinasiyası
Namizədə tələblər:
* Ali təhsil
* Ofis meneceri və ya oxşar vəzifədə iş təcrübəsi arzuolunandır
* MS Office proqramlarını bilmək
* Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
* İngilis dili və Rus dili biliyi üstünlükdür
* Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
* Məsuliyyətli, punktual və diqqətli olmaq
* Komandada işləmək bacarığı
* Səliqəli və peşəkar görünüş
Sizi komandamızda görməkdən məmnun olarıq!
Müraciət üçün CV-nizi [email protected] adresimizə göndərin:
Mövzu: “Ofis Meneceri”


