Vəzifə : “Online satış mütəxəssisi”
Vəzifə öhdəlikləri:
· Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;
· Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;
· Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;
· Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;
· Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;
· Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;
· Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;
· Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;
· Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;
· Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;
· Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.
Tələb olunan bilik və bacarıqlar:
· Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;
· Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
· Komandada işləmək və operativ qərarvermə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil ;
· Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;
· Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Online satış mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.