Tamstore MMC Online Satış Şöbəsinə təcrübəçi vakansiyası elan edir:

 



Əsas vəzifə öhdəlikləri:
·       Mağazalarda mövcud olan məhsul məlumatlarının onlayn satış platformalarına (Wolt, Bolt Food) düzgün və vaxtında yüklənməsinin təmin edilməsi;
·       Onlayn satış platformalarında məhsullarla bağlı yaranan uyğunsuzluqların aradan qaldırılması, o cümlədən məhsul şəkillərinin və adlarının aktual məlumatlara uyğun şəkildə yenilənməsi;
·       Gündəlik və aylıq satış məlumatlarının Excel fayllarında müvafiq qaydada qeydiyyatının aparılması.


Tələblər:
·       Ali təhsil;
·       Yazılı kommunikasiya bacarığı;
·       Microsoft Excel proqramında orta səviyyədə işləmək bacarığı;
·       İngilis dili biliyi (arzuolunandır).


İş şərtlərimiz:
·       İş qrafiki: Tam iş günü (5 gün);
·       İş saatları: 09:00-18:00;
·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Online Satış üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.