Vəzifənin adı: Parklanma xidməti üzrə bələdçi (AzParking MMC)
Vəzifə öhdəlikləri:
· Ərazi üzrə monitorinqlər aparır və bu baradə birbaşa rəhbərinə məlumat verir;
· Müştərilər hər-hansı problemlə rastlaşarsa onlara yardımçı olur və ya bir başa rəhbərə məlumat verir;
· Müştərilərə xidmətdən istifadə və mobil versiya ilə bağlı dəstək olur;
· Sistem üzərindən avtomobillərin ödənişinə nəzarət edir.
Namizədə dair tələblər:
Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
Məsuliyyətli və stresə davamlı olmaq;
21-40 Yaş aralığı.
İş barədə məlumat:
• İş saatı: Növbəli iş qrafiki.(07:00-14:30 – 14:30-22:00)
• İstirahət günü: Bazar günü
• Əmək haqqı 700 AZN + performans əsaslı bonus.
Uyğun olan namizədlər birbaşa ofisə yaxınlaşa bilərlər.
Ünvan: N.Nərimanov ray. Ağa Nemətulla 224. AKKORD PLAZA 7-ci mərtəbə. (Nənəmin təndirinin yaxınlığı).
CV göndərmək üçün mail adresimiz [email protected].
Tel: 0512322296 whatsapp nömrəsinə də CV-zi yönəldə bilərsiniz.
QEYD: WhatsApp zəngi etməyin!