Vakansiya: Pediatr
İş yeri və iş qrafiki: Tam ştat, Xankəndi şəhəri
Vəzifə Öhdəlikləri:
-Müxtəlif yaş qruplarından olan uşaqların profilaktik və planlı müayinələrinin aparılması
-Xəstəliklərin vaxtında diaqnostikası və düzgün müalicə taktikasının seçilməsi
-Xroniki xəstəliklərə nəzarət və fərdi müalicə planlarının hazırlanması
-Valideynlərə uşaqların qidalanması, peyvəndlənməsi, sağlam inkişafı və gigiyenası barədə maarifləndirici məsləhətlərin verilməsi
-Zəruri hallarda müasir laborator və instrumental müayinə üsullarının təyin olunması və nəticələrin şərhi
-Pasiyentlərin tibbi sənədləşməsinin aparılması və elektron sistemlərdə qeydiyyat
-Multidissiplinar komanda ilə əməkdaşlıq edərək müalicə prosesinin koordinasiyası
-Klinikanın elmi və praktiki fəaliyyətində iştirak, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanı təmsil etmək
Tələblər
-Ali tibbi təhsil (pediatriya ixtisası üzrə)
-Minimum 3-5 il iş təcrübəsi
-Xaricdə təhsil almış mütəxəssislərə üstünlük verilir
-Scopus və Web of Science bazalarında elmi məqalələri olan namizədlərə üstünlük verilir
-Pasiyentlərlə yüksək ünsiyyət bacarığı, empatiya və peşəkar məsuliyyətlili
Müraciət Qaydası:
Maraqlanan şəxslər 02 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Pediatr” başlığı ilə CV göndərməlidirlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.