Peerstack Academy Software Mühəndisliyi üzrə tələbə qəbulunu elan edir!

 

Peerstack Academy yeni tədris proqramına başlayıb. Belə ki, artıq bundan sonra akademiyaya qəbul olan tələbələr yalnız “AI ilə Full Stack” Proqramlaşdırması” üzrə deyil, həmçinin “Software Mühəndisliyi” üzrə təhsil ala biləcəklər.

Software Mühəndisliyi — proqramların planlaşdırılması, hazırlanması, test edilməsi və saxlanması ilə məşğul olan sahədir. Bu ixtisasda tələbələrimiz həm proqramlaşdırmanı, həm də böyük proqram layihələrinin necə idarə olunacağını öyrənəcəklər.

 

Software Mühəndisliyində nələr öyrədilir?

       Veb proqramlaşdırmaya giriş

       Alqoritmlər və Proqramlaşdırmanın əsasları

       Proqram mühəndisliyi və verilənlər strukturu

       Rust proqramlaşdırma dili

       Go (Golang) proqramlaşdırma dili

       C proqramlaşdırma dilli

       Java Script proqramlaşdırma dili

 

Tədris zamanı aşağıdakı texnologiyalar istifadə olunur:

       Əsas Sistemlər: POSIX, Linux Command Line, Git

       Veb və Verilənlər: HTML, CSS, JavaScript, SQL, REST/HTTP

       İxtisaslaşma Dilləri: Go (Golang), Rust

 

Peerstack Academy-də “Full-Stack Development” üzrə təhsil almaq da mümkündür. Ən son süni intellekt texnologiyaları vasitəsilə tələbələr bu istiqamət üzrə təhsil ala bilərlər. 

Burada təhsil alan tələbələr imtahan verərək göstərdikləri nəticədən asılı olaraq 30%-100% arası təqaüd qazana bilərlər. Təqaüd NEQSOL Academy tərəfindən təqdim olunur.

Akademiyada təhsil almağın aşağıdakı üstünlükləri də mövcuddur:

  Yerli və beynəlxalq diplom imkanı (Amerika əsaslı təhsil, Silicon Vadisində yerləşən “Qwasar Silicon Valey”-in təhsil proqramı əsasında)

  Mərkəzləşdirilmiş idarəetmə sistemi (LMS) ilə sistemli və şəffaf təhsil prosesi

  Peerstack Studio-da real layihələrdə ödənişli təcrübə proqramı

  Güclü kompüterlərlə təchiz olunmuş müasir zal

  Azərbaycan GitHub icmasına üzvlük

  Pulsuz Udemy & O’Reilly kurslarına çıxış

Bugünə kimi akademiyada təhsil alan tələbələrin sayı 200+, qazanılan təqaüdlərin məbləği 300 000 AZN+, Peerstack Studio-da yaradılan layihələrin sayı 2 ədəd təşkil edib.

Peerstack Academy-də universitet tələbələri, proqramlaşdırma üzrə müəyyən bilikləri olub onu yüksəltmək və ya karyerasında dəyişiklik etmək istəyənlər təhsil ala bilərlər.

Elə indi qeydiyyatdan keçin və Aprel qruplarına yazılın: https://shorturl.at/otjuA

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.