Pərakəndə Müştəri idarəetməsi üzrə kiçik mütəxəssis/ mütəxəssis/ aparıcı mütəxəssis
Pərakəndə Bankçılıq Mərkəzi / Pərakəndə Müştəri idarəetməsi şöbəsi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Analitik düşüncə qabiliyyəti və məlumatlarla işləmə bacarığı (Excel (Advanced),SQL (İntermediate), Power BI/Tableau (İntermediate) və analitik alətlər üzrə bilik üstünlükdür);
CRM sistemləri və müştəri məlumat bazaları ilə işləmə təcrübəsi;
Məlumatların məxfiliyinə və dəqiqliyə riayət etmə vərdişi;
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzuolunandır.
Bank sektorunda minimum 1 il iş təcrübəsi
İŞİN TƏSVİRİ:
Müştəri seqmentlərini izləmək, aktivlik və churn analizləri aparmaq.
CRM sistemində müştəri məlumatlarının düzgünlüyünə nəzarət.
Loyallıq və müştəri saxlama kampaniyalarının icrasında iştirak.
Müştəri rəyləri və davranış göstəricilərinə əsasən hesabatlar hazırlamaq.
Kampaniya nəticələrinin təhlilini aparmaq və təkmilləşmə təklifləri vermək.
Müştəri xidməti proseslərində təkrarlanan problemləri müəyyənləşdirmək.
Struktur və Şöbə rəhbərinin verdiyi tapşırıqları vaxtında və dəqiq icra etmək.
CRM və digər sistemlər üzrə təkmilləşdirmə təklifləri vermək.
Müştəri təcrübəsini artıran təşəbbüslərin hazırlanmasında iştirak.
Bankdaxili bölmələrlə (Marketinq, Rəqəmsal, Əməliyyat və s.) koordinasiyalı işləmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə Müştəri idarəetməsi üzrə kiçik mütəxəssis /mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.