Pərakəndə və Mikro kreditlərin təqibi üzrə mütəxəssis / aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyası
Bakı / Problemli kreditlərin idarəetməsi deparatmenti
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Müvafiq və ya bank işi sahəsində 1- 3 illik iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli və Rus dili isə arzuolunandır;
MS Office proqramında işləyə bilmək bacarığı.
İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
Müştərilərlə davranış etikası.
İŞİN TƏSVİRİ:
Problemli kreditlər üzrə ilkin təqibin aparılması, gecikmiş kredit sənədlərinin idarə olunması və sənədlərin yoxlanılmasının həyata keçirilməsi;
Borclularla görüşlərin keçirilməsi, problemlərin yaranma səbəbləri araşdırılması və effektiv həll yolları müəyyən edilməsi;
Bankın məhkəmə instansiyalarında təmsil olunması, iddia və şikayətlər hazırlanması, məhkəmə qətnamələrinin icrasına nəzarət edilməsi;
Girovlu kreditlər üzrə qiymətləndirmə və hərrac proseslərində iştirak olunması və bankın maraqlarının qorunması;
Problemli kreditlərin həlli üçün təkliflərin hazırlanması və gündəlik məlumatların sistemə daxil edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə və Mikro kreditlərin təqibi üzrə mütəxəssis / aparıcı mütəxəssis / Baş mütəxəssis ” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


