“Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi
Peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edir. Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada[email protected]ünvanına göndərilməlidir. Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.