Peşə təmayüllü siniflər “Kadrlar üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir!

 

Tələblər:

        Ali təhsil;

        İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi; 

        İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər); 

        ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı; 

        MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;

        Yüksək ünsiyyətqurma, təqdimetmə və komandada işləmək bacarığı;

        Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. (Xarici dil biliyi üstünlükdür)

 

Vəzifə öhdəlikləri:

        İşə qəbul prosesinin həyata keçirilməsinə dəstək;

        Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsinə dəstək;

        Əmək haqqı kartı sifarişlərinin verilməsinə dəstək;

        Tabellərin tərtib edilməsi;

        Əməkdaşların performans dəyərləndirməsinin həyata keçirilməsi;

        Layihənin ümumi işlərinə dəstək.

 

İş şəraiti:

• İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək;

• Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqları əsasında müsahibə zamanı təyin edilir.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

 

Müraciət üçün son tarix: 20.09.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.