“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində PL/SQL Developer üzrə 3 aylıq maaşlı təcrübə proqramı elan edirik!
Əgər İT sahəsində ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Proqram haqqında:
Müddət : 3 ay
Sahə : PL/SQL Developer
Təcrübə nələri əhatə edir:
Peşəkar təlimlər (nəzəri və praktiki)
Baş ofisdə real təcrübə imkanı
Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
Korporativ iş prinsipləri ilə tanışlıq
Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti
Tələblər
Proqram iştirakçılarına nə təklif olunur:
Təyin olunmuş aylıq ödəniş
Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
Gəlcək iş imkanları üçün real zəmin
Kimlər müraciət edə bilər:
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli ixtisas üzrə yeni məzun olanlar ;
Verilənlər bazası sahəsinə maraq və inkişaf həvəsi;
SQL sorğularının yazılması üzrə baza bilikləri ;
PL/SQL prosedur, funksiya, trigger və package anlayışları üzrə ilkin biliklər;
Oracle Database haqqında baza bilikləri üstünlükdür;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmək və ünsiyyət bacarığı;
Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
Gələcəyini Rabitəbank ilə qur – indi başla !