PL/SQL proqramçı vakansiyası

 

Təsvir :

· Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) texniki tapşırıqlar əsasında funksional əlavələrin hazırlanması;

·  Sistemdə yeni modul və elementlərin hazırlanması;

·  Oracle (PL/SQL) üzərindən proqram təminatlarının funksionallıqlarının hazırlanması və genişləndirilməsi;

· Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) mövcud funksionallıqların dəstəklənməsi;

·  Biznes analitiklərin tələblərinin təhlili, texniki tapşırıqların hazırlanmasında iştirak;

·  Fərdi kodların testlərinin aparılması.

Tələblər :

·  Texniki ali təhsil;

·  PL/SQL proqramçısı qismində azı 2 illik iş təcrübəsi;

·  PL/SQL üzrə yüksək səviyyədə biliklər;

·  Baza obyektleri ilə işləmə bacarığı (procedure, function, trigger, job, index, bulk collection);

·  SQL sorğuların optimallaşdırması üzrə iş təcrübəsi;

·  Yazılan kodların oxunması, analiz edilməsi, optimallaşdırılması;

·  JSON və XML data formatları ilə iş təcrübəsi arzuolunandır;

·  Bank işi ilə tanışlıq və avtomatlaşdırılmış bank sistemlərinin proqramlaşdırılması üzrə təcrübə böyük üstünlükdür;

·  Agile metodologiyalar ailəsi ilə tanışlıq;

· Proqramlaşdırma komandasında iş təcrübəsi;

 

Müraciət üçün CV-nizi [email protected]  elektron poçt ünvanına göndərə bilərsiz (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.