Təcrübə Proqramı Elanı
Planlama, Satınalma, İR (HR), Maliyyə və Mühasibatlıq sahələri üzrə maaşlı təcrübə proqramına start verilir!
Gənc və inkişaf yönümlü namizədlər üçün nəzərdə tutulmuş bu proqram, real iş mühitində praktiki bilik və bacarıqlar əldə etmək üçün ideal fürsətdir.
PROQRAM HAQQINDA
Müddət: 3 ay
İş rejimi: Həftə içi 5 gün / gündə 6 saat
Təcrübə müddətində aylıq əmək haqqı təqdim olunur
Real iş mühitində praktiki və nəzəri biliklərin inkişafı.
Proqram sonunda ən uğurlu namizədlər tam ştat işlə təmin olunacaq
TƏCRÜBƏ SAHƏSİ.
Planlama (Planlaşdırma)
Satınalma
Maliyyə və Mühasibatlıq
İnsan Resursları (HR)
NAMİZƏDLƏRƏ TƏLƏBKƏR
Universiteti yeni bitirmiş namizədlər
Hazırda bakalavr və ya magistr təhsili alanlar qəbul edilmir
Əlaqədar sahə üzrə ali təhsil arzuolunandır
Öyrənməyə açıq, məsuliyyətli və inkişaf yönümlü olmaq
Müraciət qaydası
CV-nizi aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərsiniz:
Email: [email protected]