Gədəbəy Mineral Suları MMC- də Planlama üzrə mütəxəssis vakansiyası aktivdir. Paylaşan şəxslərə öncədən təşəkkürlər. Vakansiya: Planlama üzrə mütəxəssis İş barədə məlumat: • İnventar stoklama səviyyələrinin optimallaşdırılması və müştəri xidmətləri hədəflərini təmin etmək üçün təxminlər və stok planlama prosesinə nəzarət • Tələbi vəya tədarükü planlaşdırma prosesləri və sistemləri üçün sənədləşmə və standart əməliyyat prosedurlarının, işləmə fayllarının yaradılması, inkişaf etdirilməsi, bu prosedurların üzərində nəzarət, şöbə heyətinin işinin təqib edilməsi • Proqnoz və müvafiq inventar hədəflərini həyata keçirmək üçün proqnozlaşdırma metodları yaradilması və onların inkişaf etdirilməsi (statistik modellər və digər vasitələrlə) • İnventar parametrlərinin hazırlanması, rəhbərliyin təsdiqindən sonra bu parametrlərlə inventar hədəflərinin (yetərli stok səviyyəsi daxil olmaqla) qorunmasının təmin edilməsi • Prognozlaşdırma və stok planlama üçün marketing, satış və digər şöbələrlə əlaqəli şəkildə müzakirə edilərək, analız və hesabatların hazırlanması, • Prognoz və inventar səviyyələri analizi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi • Prognoz, sifariş, distributorlarla iş, planlama əsasında yarana biləcək problemləri analiz ederek yaranmasının qarşını almağa çalışilması, baş verən pro
blemlərin həll yolunu axtararaq həll etməyə çalışılması • Gündəlik anbar qalıqların və satışların izlənməsi və analizi Gündəlik anbar qalıqların və satışların hesabatının hazırlanması SKU və istehsalçı üzrə • Şirkətini gündəlik və aylıq satış və qalıq üzrə məlumatlandırmaq • İstehsalatı qalıq və satış üzrə məlumatlandırmaq • Tarix hesabatının ayda 2 dəfə hazırlamaq və paylaşmaq • OOS hesabatının hazırlamaq və paylaşmaq • Bütün idxal olunan məhsullarının istənilən məlumatları və sənədləri satış komandaları ilə paylaşmaq • Bakı anbarın qalıq və satışların analizi və onlara uyğun olaraq sifarişlər etmək Tələblər: • Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində), • Təcrübə: 1 – 3 il • Yaş həddi: 22 — 35 yaş • Kompüter proqramlarında sərbəst işləmək bacarığı, • Analitik düşünmə bacarığı, • Şirkətdə planlaşdırma işinin təşkili, • Biznes-planların hazırlanma qaydalarını bilməli, • Hesabatların tərtib edilməsi qaydalarını və s. - Dil bilikləri : Rus dili (əla) , İngilis dili (yaxşı) Təminatlar: • Əmək haqqı: Müsahibə əsasında • İş rejimi: Tam iş günü (5 gün) Müraciət etmək istəyən namizədlər CV-lərini[email protected]mail ünvanına mövzu hissəsinə “Planlama üzrə mütəxəssis” qeyd edərək göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.