Planlama sahəsində uğurlu karyera başlanğıcı etmək və real iş mühitində təcrübə qazanmaq istəyirsiniz? O zaman ATS Food LLC sizi 3 aylıq ödənişsiz təcrübə proqramına dəvət edir.
Görüləcək işlər:
• Planlama prosesinə analitik dəstək göstərmək
• Ehtiyat və sifariş məlumatlarının analizində iştirak
• Hesabatların hazırlanmasında dəstək
• ERP və Excel üzərindən məlumatların işlənməsi
• Digər şöbələrlə koordinasiya
Təminat:
• Nahar və servis şirkət tərəfindən təmin olunur
• Səmimi, mehriban və dinamik komandada işləmək imkanı
Təcrübə proqramını uğurla başa vuran namizədlərə hashtag#sertifikat təqdim edilir.
Tələblər:
• Sənaye mühəndisliyi, logistika, nəqliyyat və ya iqtisadiyyat üzrə ali təhsil
• 4-cü kurs tələbələri və yeni məzunlara üstünlük veriləcəkdir
• İş təcrübəsi tələb olunmur – iş öyrədilir
İş qrafiki:
Bazar ertəsi – Cümə | 09:00–18:00
Ən böyük üstünlüyümüz isə səmimi, mehriban və dinamik komandada işləmək imkanı qazandırmaqdır.
Maraqlananlar öz CV-lərini “Planlama üzrə təcrübəçi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır!