PreMark Multimedia üzrə bilik və bacarıqlara yiyələnmək istəyən tələbələr üçün təcrübə proqramı elan edir.

 

Dörd ay müddətində davam edəcək təcrübə proqramı bol enerjili, məsuliyyətli, öyrənməyə həvəsli gənclər üçün nəzərdə tutulub. 

 

Təcrübə proqramına qəbul edilən gənclər nə qazanacaqlar?

• Peşəkar formada video çəkiliş, video proqramlarla iş, video montaj;

• Düzgün foto çəkiliş, foto proqramlarla iş, foto redaktə;

• Studiya və çəkiliş avadanlıqları ilə peşəkar davranış;

• Onlayn media alətləri;

• Sosial Media Marketinq bacarıqları;

• Online Media Məzmun hazırlama qaydaları;

• Online reklam alətləri.

 

Proqramı uğurla bitirən iştirakçılar PreMark-da müvafiq vakansiya üzrə işlə təmin olunacaq və ya müxtəlif qurumlarda fəaliyyətlərini davam etdirə bilmək üçün tövsiyə məktubu əldə edəcəklər. 

 

 Təcrübə proqramına qəbul ediləcək şəxslər:

• Təcrübəsiz, amma həvəsli və öyrənməyə istəkli olanlar;

• Kreativ və yenilikçi düşüncəyə sahib olanlar;

• Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olanlar;

• Komanda ilə işləməyi sevənlər;

• Araşdırma, təşkiletmə bacarıqlarına sahib olan və ya yiyələnmək üçün səy göstərənlər.

 

Təcrübə proqramına necə müraciət edək?

 Təcrübə proqramında iştirak etmək istəyənlər 20 noyabr 2025-ci il tarixinə qədər CV və maraq məktublarını (müraciət edən şəxsin proqramda öyrənəcəklərinin gələcək kariyerasına təsiri barədə) [email protected] ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.