SAFAROFF Agency Project Manager (PM) axtarır!
Şirkətimizə rəqəmsal layihələrin idarə olunması üzrə təcrübəli Project Manager axtarılır.
Əsas vəzifələr:
Layihələrin başlanğıcdan təhvil mərhələsinə qədər idarə olunması;
Müştəri tələblərinin toplanması, analiz edilməsi və komandaya düzgün ötürülməsi;
Texniki tapşırıq, scope sənədləri, roadmap və layihə planlarının hazırlanması;
Dizayn, frontend, backend və QA komandaları ilə gündəlik koordinasiyanın aparılması;
Tapşırıqların statusunun izlənilməsi, deadline və risklərin idarə olunması;
Müştəri ilə mütəmadi kommunikasiya və layihə üzrə status hesabatlarının hazırlanması;
Layihə scope-dan kənar tələblərin müəyyən edilməsi və Change Request prosesinin idarə olunması;
Test və təhvil mərhələsində aşkar olunan problemlərin komanda ilə birlikdə həllinin izlənilməsi.
Tələblər:
Project Management sahəsində minimum 1 il təcrübə;
Rəqəmsal layihələr, veb sayt və mobil tətbiq layihələri üzrə anlayış;
Waterfall, Agile/Scrum layihə idarəetmə metodologiyaları haqqında bilik;
Tapşırıq idarəetmə alətləri ilə işləmə bacarığı: Jira, YouTrack, Trello, Asana və s.;
Komanda və müştəri ilə düzgün kommunikasiya bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Azərbaycan dili mükəmməl, İngilis dili biliyi üstünlükdür;
Texniki komandalarla işləmək üçün frontend, backend, API və QA prosesləri haqqında ümumi anlayış.
Üstünlükdür:
IT və ya digital agency təcrübəsi;
Texniki tapşırıq və scope freeze sənədlərinin hazırlanması təcrübəsi;
Figma, Swagger, GitLab/GitHub, Postman kimi alətlərlə tanışlıq;
Dövlət və korporativ layihələrlə işləmə təcrübəsi.
Biz təklif edirik:
Peşəkar və dinamik komanda mühiti;
Real və müxtəlif rəqəmsal layihələr üzərində işləmək imkanı;
Karyera inkişafı və yeni biliklər qazanmaq imkanı;
Şərtlər:
Şəhərin mərkəzində, metroya yaxın ofis
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun təyin edilir
İş saatı: 09:00 – 18:00
Rəsmi əmək müqaviləsi
Mehriban kollektiv və inkişaf imkanları
Özünüzü uyğun namizəd hesab edirsinizsə, CV-nizi “Project Manager” başlığı ilə [email protected] ünvanına göndərin.