Caspos MMC komandamıza “Proqram təminatı üzrə satış mütəxəssisi” axtarırıq!

 

Məsuliyyət və vəzifələr:

- Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial müştərilərə təqdimatlar etmək;

- Müştərilərlə görüşlər (online və offline) keçirmək, demo təqdimatlar aparmaq;

- Yeni müştəriləri cəlb etmək, mövcud müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək;

- Müştəri ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək;

- Qarşıya qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək;

- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;

- Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak etmək;

- Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini izləmək;

- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq təmin etmək.

 

Tələblər:

- Ali təhsil;

- Microsoft Office proqramları (xüsusilə Excel) bilmək;

- CRM sistemlərində işləmə təcrübəsi;

- Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri barədə ümumi biliklər;

- Azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək arzuolunandır;

- Minimum 1 il B2B, B2C satış təcrübəsi (proqram təminatı və ya texnologiya sahəsində olması üstünlükdür).

 

Fərdi keyfiyyətlər:

- Yaxşı ünsiyyət və təqdimat bacarığı;

- Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı;

- Analitik düşüncə və problemlərin həllinə yönəlmək;

- Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq;

- Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq.

 

Əlavə məlumatlar:

- Əmək haqqı: Razılaşma yolu ilə;

- İş qrafiki: 5 günlük, 09:00–18:00;

- Korporativ nömrə və danışıq balansı təmin edilir;

- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.