Vakansiya: Proqramla idarə olunan (PİO / CNC) dəzgahlarının operatoru
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müasir istehsalat və rəqəmsal sənaye texnologiyaları sahəsində peşəkar kadrların formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Bu məqsədlə PİO (CNC) dəzgahlarının operatoru vəzifəsi üzrə təcrübəli və motivasiyalı mütəxəssisləri komandamıza qoşulmağa dəvət edirik.
Namizədə dair tələblər
• Mexanika, maşın mühəndisliyi, maşınqayırma və ya robotexnika sahələri üzrə ali təhsil
• PİO (CNC) dəzgahlarının iş prinsipləri və proqram təminatı üzrə biliklər
• Texniki çertyojların oxunması və onların G-code / M-code proqramlarına çevrilməsi bacarığı
• Ölçü cihazları ilə dəqiq işləmə bacarığı
• Texnoloji proseslərin optimallaşdırılmasına maraq və diqqətlilik
• CAD/CAM proqramlarında işləmə bacarığı üstünlükdür
Müraciət qaydası
Müvafiq sahə üzrə təcrübəsi olan namizədlər CV-lərini mövzu hissəsində “PİO dəzgahlarının operatoru” qeyd etməklə aşağıdakı ünvana göndərə bilərlər:
Telefon: (012) 599 88 10
WhatsApp: +994 70 899 88 10
Veb-sayt: bii.edu.az
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 76