“A+CO” ASCşirkəti “Prosesə nəzarət üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir. Tələblər: • Ali təhsil • Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi; • İstehsalat və ya Kənd təsərrüfatı sahəsində təcrübə arzu olunandır. • Microsoft Office proqramlarını bilməli; Vəzifə öhdəlikləri: • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması; • Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması; • İstehsalat intizamının möhkəmləndirilməsi; • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi; • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını; • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi; • Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırl
anması; • Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması; • Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi; • Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması; • Keyfiyyətə nəzarət planının hazırlanması; • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi; • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi; • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi; • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi; • Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi; İş şəraiti: • İş yeri: Pirəkəşkül qəsəbəsi • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; • Nahar Şirkət tərəfindən təmin olunur; • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Prosesə nəzarət üzrə mütəxəssis” yazaraq[email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.