Qarabağ Universiteti İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vakansiyası elan edir!

 

İş öhdəliklərinin təsviri

   Universitetin kommunikasiya strategiyasının icrasının təmin edilməsi;

    Şöbənin fəaliyyətinin planlaşdırılması və komandanın idarə edilməsi;

    Media ilə əlaqələrin qurulması və idarə olunması (press-relizlər, müsahibələr, çıxışlar);

    Rəqəmsal kommunikasiya kanallarının (veb sayt, sosial media) idarə edilməsi;

    Böhran kommunikasiyası planlarının hazırlanması və tətbiqi;

    Universitet daxilində daxili kommunikasiya sisteminin qurulması (akademik və inzibati heyət üçün);

    Brend standartlarının hazırlanması və tətbiqinə nəzarət edilməsi;

    Tədbirlərin (konfrans, forum, rəsmi görüşlər) təşkili və kommunikasiya dəstəyinin təmin edilməsi;

    Şöbənin fəaliyyəti ilə bağlı rəhbərliyə təkliflərin verilməsi və hesabatlılığın təmin edilməsi.

 

 

Tələblər

    Müvafiq sahə üzrə ali təhsil; 

   Kommunikasiya və ya marketinq sahəsində ən azı 5 il iş təcrübəsi, rəhbər və idarəedici vəzifədə ən azı 2 il iş təcrübəsi (sözügedən təcrübənin təhsil sahəsində olması üstünlükdür);

    Strateji kommunikasiya planlarının hazırlanması və icrası təcrübəsi;

    Rəqəmsal kommunikasiya və sosial media idarəçiliyi;

    Böhran kommunikasiyası üzrə təcrübə; 

    Analitik düşünmə və kommunikasiya effektivliyinin ölçülməsi bacarığı;

    Liderlik və komanda idarəetməsi bacarığı;

    Dinamik və dəyişkən mühitdə operativ qərarvermə bacarığı;

    Yaradıcı yanaşma və innovativ düşüncə nümayişi;

    Akademik mühitlə işləmək bacarığı və etik həssaslıq;

    Müasir informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı;

    Azərbaycan dili və xarici dillərdə (ingilis və rus dili) yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı.

 

 

Müraciət etmək üçün

Namizədlər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

 

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.