İş öhdəliklərinin təsviri

Tələbələrə fərdi və qrup şəklində peşəkar psixoloji yardım göstərmək, onların psixoloji rifahının, şəxsi inkişafının və sağlam sosial-psixoloji mühitə inteqrasiyasının dəstəklənməsinə töhfə vermək;

Tələbələrin psixoloji vəziyyətini, fərdi xüsusiyyətlərini və psixoloji dəstəyə ehtiyaclarını müvafiq peşəkar metodlarla qiymətləndirmək, müəyyən edilmiş ehtiyaclar əsasında müvafiq dəstək və inkişaf istiqamətlərini müəyyənləşdirmək;

Tələbələrin universitet və kampus həyatına uyğunlaşması, akademik və sosial çətinlikləri, stress, emosional gərginlik, motivasiya, ünsiyyət və digər psixoloji məsələlərlə bağlı konsultativ və profilaktik dəstək göstərmək;

Psixoloji riskləri və çətinlikləri vaxtında müəyyənləşdirmək, qabaqlayıcı tədbirlər həyata keçirmək, zəruri hallarda tələbələri müvafiq ixtisaslaşmış sosial, tibbi və digər peşəkar xidmətlərə yönləndirmək;

Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasına töhfə vermək, tələbələrin sosial və emosional bacarıqlarının, müsbət davranış modellərinin və psixoloji dayanıqlılığının inkişafına yönəlmiş tədbirlər həyata keçirmək;

Tələbələr, akademik və inzibati heyət üçün psixoloji maarifləndirmə, stressin idarə olunması, emosional dayanıqlılıq, effektiv kommunikasiya və digər müvafiq istiqamətlər üzrə seminar, təlim və profilaktik tədbirlər təşkil etmək;

Tələbə uğuru üzrə aidiyyəti struktur, fakültələr, akademik heyət və digər müvafiq struktur bölmələrlə əməkdaşlıq etmək, tələbələrin psixoloji rifahının və dəstək mexanizmlərinin təkmilləşdirilməsi üzrə peşəkar tövsiyələr hazırlamaq;

Psixoloji xidmət üzrə illik fəaliyyət planını hazırlamaq, həyata keçirilən fəaliyyətlərin nəticələrini sistemli şəkildə izləmək və müəyyən edilmiş qaydada hesabatlılığı təmin etmək;

 

Psixoloji yardım alan şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, peşə etikası, konfidensiallıq və şəxsi məlumatların qorunması prinsiplərinə ciddi riayət etmək.

 

Tələblər

Psixologiya ixtisası üzrə ali təhsil və psixoloji yardım göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluq;

Psixoloq kimi ən azı 5 il müvafiq iş təcrübəsi;

Psixoloji konsultasiya, psixoloji qiymətləndirmə, profilaktika və psixoloji dəstək metodları üzrə güclü nəzəri və praktiki biliklər;

Fərdi və qrup şəklində psixoloji yardım göstərmək, psixoloji ehtiyac və riskləri müəyyənləşdirmək, müvafiq dəstək istiqamətlərini formalaşdırmaq bacarığı;

Gənclərlə işləmək, onların adaptasiya, akademik və sosial çətinliklərini peşəkar şəkildə qiymətləndirmək və müvafiq dəstək göstərmək bacarığı;

Psixoloji maarifləndirmə, profilaktik proqram, seminar və qrup təlimlərinin hazırlanması və həyata keçirilməsi bacarığı;

Güclü kommunikasiya, aktiv dinləmə, müşahidə, empatiya, analitik düşünmə və mürəkkəb situasiyaları peşəkar şəkildə idarə etmək bacarıqları;

Peşə etikası, konfidensiallıq, şəxsi məlumatların qorunması və psixoloji yardım alan şəxsin hüquq və mənafelərinin qorunması prinsipləri üzrə bilik və onlara ciddi riayət etmək bacarığı;

Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dili biliyi üstünlükdür;

MS Office proqramlarından istifadə bacarığı.

 

Müraciət etmək üçün

Namizədlər CV-lərini mövzu hissəsində “Psixoloq” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

 

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

 

Üstünlük veriləcək

Ali təhsil müəssisəsində psixoloq kimi iş təcrübəsi

Təhsil, konsultativ və ya təşkilati psixologiya üzrə əlavə peşəkar hazırlıq;

Böhran müdaxiləsi, stressin idarə olunması, konfliktlərin idarə edilməsi və digər müvafiq istiqamətlər üzrə peşəkar təlim və sertifikatlar;

Psixoloji sorğuların hazırlanması, nəticələrin təhlili, profilaktik proqramların və qrup təlimlərinin həyata keçirilməsi üzrə praktiki təcrübə.

 

Təklif etdiyimiz üstünlüklər

Rəqabətqabiliyyətli əməkhaqqı;

Xankəndi şəhərində mənzil təminatı;

Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.

Son müraciət tarixi: 17 sentyabr, 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.