Qarabağ Universiteti vakant olan “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” vəzifəsi üzrə işə qəbul elan edir

 

İşin təsviri:

• Universitetin kommunikasiya strategiyasının həyata keçirilməsi;

• Şöbənin fəaliyyətinin planlaşdırılması, təşkili və nəzarət edilməsi;

• Universitetin fəaliyyət və səlahiyyətlərinə aid olan məsələlərlə bağlı rəsmi

mövqeyinin ictimaiyyətə açıqlanması, həmçinin mətbuat konfransları, brifinqlər

və digər tədbirlərin təşkili, bölgələrə və xarici ölkələrə gedən rəsmi nümayəndə

heyətinin müşayiət olunması;

• Universitetin müsbət reputasiyasının gücləndirilməsi məqsədilə media, dövlət

qurumları və tərəfdaşlarla əlaqələrin qurulması;

• Təbliğat-təşviqat tədbirlərinin koordinasiyası, o cümlədən promo məhsulların

hazırlanmasının təşkili;

• Universitetin rəsmi saytı və sosial media hesablarının idarə edilməsi;

• Böhran vəziyyətində kommunikasiyanın təşkili, həssas və ya mübahisəli

məsələlərin danışıqlarla həll edilməsi;

• Press-relizlər, xəbər bülletenləri, illik hesabatlar daxil olmaqla materialların

yaradılması və yayılmasının təmin edilməsi;

• Mediada işıqlandırma və PR kampaniyalarının effektivliyinin yoxlanılması, PR

fəaliyyətlərinin nəticələrinə dair rəhbərliyin məlumatlandırılması.

Tələblər:

• İctimaiyyətlə əlaqələr, jurnalistika və ya marketinq sahəsində ali təhsil;

• İctimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 5 il, rəhbər

vəzifələrdə minimum 2 il təcrübə (sözügedən təcrübənin ali təhsil

müəssisələrində olması üstünlükdür);

• Uğurlu PR kampaniyalarının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;

• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət bacarığı;

• Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı;

• Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil

bacarıqları;

• Böhran kommunikasiyasının idarə olunmasına dair təcrübə.

Tələbolunansənədlər:

• tərcümeyi-hal;

• CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, şöbənin fəaliyyəti ilə bağlı baxış – maksimum 500 söz);

• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Rəqabətə davamlı əmək haqqı təklif olunur.

Qeyd 1: Universitetdə işləyən əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunur.

Qeyd 2: Müraciət üçün 29 avqust 2025-ci il tarixədək məktubun mövzu hissəsində

“İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” yazılmaqla, tələb olunan sənədlər

[email protected] elektron poçt ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.