Qarabağ Universiteti vakant olan “İnsan resursları sektorunun müdiri” vəzifəsi üzrə işə qəbul elan edir

 

İşin təsviri:

• Universitetin insan resurslarına dair strategiyalarının, siyasət və prosedurlarının

hazırlaması və tətbiq edlməsi;

• İnsan resursları üzrə ehtiyacların proqnozlaşdırılması və struktura dair təkliflərin

hazırlanmasında iştirak edilməsi;

• İşçilərlə əmək münasibətlərinin əmək qanunvericiliyinə uyğun tənzimlənməsinin, bu

məqsədlə müvafiq sənədləşmələrin aparılmasının təmin edilməsi;

• Kadrların peşəkar inkişafı məqsədilə təlim və inkişaf proqramlarının təşkili;

• Sektorun fəaliyyət istiqamətləri üzrə hesabat, təqdimat, arayış və digər sənədlərin

hazırlanması.

Tələblər:

• Ali təhsil;

• İnsan resursları sahəsində minimum 3 il, rəhbər vəzifələrdə minimum 2 il təcrübə

(sözügedən təcrübələrin ali təhsil müəssisələrində olması üstünlükdür);

• Yüksək yazılı və şifahi nitq mədəniyyəti;

• Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil

bacarıqları;

• “Elektron hökumət” portalı, “Əmək və məşğulluq” altsistemi (ƏMAS); Elektron Sənəd

Dövriyyəsi, rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı.

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;

• CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, sektorun fəaliyyəti ilə

bağlı baxış – maksimum 500 söz).

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Qeyd 1: Universitetdə işləyən əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunur.

Qeyd 2: Müraciət üçün 29 avqust 2025-ci il tarixədək məktubun mövzu hissəsində  

resursları sektorunun müdiri” yazılmaqla, tələb olunan sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərləəlaqəsaxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.