Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin Klinikası" anbar müdiri vakansiyasına işə qəbul elan edir.

 

İşəgötürən: Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin

Klinikası" publik hüquqi şəxs

Vəzifə: Anbar müdiri

İşin təsviri:

• Klinikaya daxil olan malların, dərman vasitələrinin, tibbi ləvazimatların və digər materialların qəbulunu və yoxlanılmasını

təşkil etmək;

• Malların qəbulu zamanı miqdar və keyfiyyət göstəricilərinin sənədlərlə uyğunluğunu yoxlamaq;

• Anbarda saxlanılan malların düzgün yerləşdirilməsini və qeydiyyatını təmin etmək;

• Tibbi və digər bölmələrin sifarişlərini əsas götürərək məhsulların buraxılışına nəzarət etmək və buraxılış sənədlərini rəsmiləşdirmək;

• Anbar proqramlarında gündəlik əməliyyatların düzgün şəkildə aparılmasına nəzarət etmək;

• İnventarizasiyaların təşkili və nəticələrinin hesabatının hazırlanması;

• Anbarın təmizliyi, təhlükəsizliyi və sanitar-gigiyenik şəraitinin normativ tələblərə uyğun saxlanılmasına nəzarət etmək;

• Etibarlılıq müddəti bitmək üzrə olan və ya istifadəyə yararsız materialların vaxtında müəyyən olunması və aktlaşdırılması;

• Müvafiq hesabatların (qalıq, hərəkət, zərər, silinmə və s.) rəhbərliyə təqdim edilməsi;

• Tələb olunan təchizat materiallarının planlaşdırılması və sifariş prosesində iştirak etmək;

• Komandada çalışan əməkdaşların (anbardar, köməkçilər) fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək.

Tələblər:

• Ali təhsil (logistika, menecment, iqtisadiyyat sahəsində olması üstünlükdür);

• İdarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (tibb müəssisəsi sahəsində təcrübə üstünlükdür);

• Anbar uçotu və idarəetməsi prinsipləri üzrə biliklər;

• Anbar proqramları (1C, ERP və s.) ilə işləmək bacarığı;

• Tibbi və təsərrüfat məhsulları barədə əsas anlayışlara malik olmaq;

• Analitik düşünmə və hesabatvermə bacarığı;

• Komanda idarəetməsi və problem həll etmə bacarığı;

• Fiziki iş mühitində işləmək qabiliyyəti və operativlik.

 

Tələbolunansənədlər:

• tərcümeyi-hal;

• CV;

• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.

 

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix:15 avqust 2025-ci il

Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Anbar müdiri” yazmaqla göndərməyiniz xahiş olunur.

 

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.