Vakansiya: Qazma Proqram Təminatına Dəstək Mühəndisi (Təcrübəçi)
İş şəraiti
İş yeri: Babək Plaza
İş qrafiki: Həftədə 5 iş günü
İş saatları: 10:00–16:00
Əməkhaqqı: 400 AZN (brüt)
Əsas vəzifələr
Qazma və istiqamətləndirilmiş qazma proqram təminatları üzrə texniki dəstəyin göstərilməsi.
Müştərilər üçün proqram təminatının təqdimat və nümayişlərinin keçirilməsi.
Proqram təminatının tətbiqi və gündəlik istifadəsi zamanı müştərilərə dəstək göstərilməsi.
Qazma mühəndisliyi və quyu planlaşdırılması proseslərinə dəstək verilməsi.
Texniki görüşlərdə, seminar və təlimlərdə iştirak edilməsi.
Satış və texniki komandalarla layihələr üzrə əməkdaşlıq edilməsi.
Biznesin inkişafı və müştəri münasibətlərinin idarə olunmasına dəstək göstərilməsi.
Texniki sənədlərin, hesabatların və təqdimatların hazırlanması.
Tələblər
Neft Mühəndisliyi, Qazma Mühəndisliyi, Yer Elmləri (Geoscience) və ya əlaqəli ixtisas üzrə bakalavr və ya magistr təhsili.
Son kurs tələbələrinə, magistratura tələbələrinə və yeni məzunlara üstünlük verilir.
Qazma mühəndisliyi, quyu planlaşdırılması və istiqamətləndirilmiş qazma üzrə əsas biliklər.
Kompüter və təqdimat proqramlarından istifadə bacarığı.
Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı.
Azərbaycan, ingilis və rus dillərini ən azı B2 səviyyəsində bilmək.
Müraciət
CV-nizi [email protected] elektron poçt ünvanına "Intern Drilling Engineer" mövzu başlığı ilə göndərə bilərsiniz.