Global Management Baku TV üçün "Qeydiyyatçı" vakansiyası elan edir!

 

Öhdəliklər:

- Ofisə gələn şəxsləri qarşılamaq və yönləndirmək

- Telefon zənglərinə cavab vermək

- Taksi sifarişini həyata keçirmək və müvafiq qaydada hesabatını aparmaq

- Şirkətlə bağlı daxil olan informasiyanı qeydə almaq və vaxtında təyinatı üzrə həmin informasiyanı çatdırılmaq

- İşləri prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək

- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq

- Daxil və xaric olan informasiyanın konfidensiallığını qorumaq

 

Tələblər:

- Xanım namizədlər

- Yaş: 25 - 35

- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili - əla (vacib), İngilis dili - arzuolunandır

- MS Office proqramlarında yaxşı səviyyədə işləmək

- Komanda ilə işləmək bacarığı, işgüzar münasibət etikası

- Səliqəli xarici görünüş

- Aktiv, məsuliyyətli, stresə davamlı, işində dəqiq, ünsiyyətcil

- Problemləri həll etmə bacarığı

 

İş şəraiti:

- Karyera yüksəlişi imkanı

- İş qrafiki: 5 günlük iş qrafiki 

(növbəli- daxili qrafikə əsasən təyin olunur)

 

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.