Azərbaycan Supermarket MMC "Qeyri-ticari ehtiyatlar üzrə köməkçi" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
· Malların rəflərə və ya əvvəlcədən təyin olunmuş yerlərə daşınması və yerləşdirilməsi.
· Anbarın təmiz saxlanılması.
· Malların daxil olan sifariş əsasında yığılması və maşınlara yüklənilməsi.
· Sifarişlərin toplanılması və yerləşdirilməsi üçün xüsusi avadanlıqlardan istifadə olunması.
· Anbardar tərəfindən tapşırılan digər işlərin icra edilməsi.
Tələblər:
Orta məktəb diplomu və ya ekvivalenti (mütləq tələb olunur).
· Tələb olunan sahədə təcrübə arzu olunandır (ən az 6 ay).
· Komandada işləmək bacarığı.
· Çoxsaylı tapşırıqların prioritetləşdirilməsi və eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmə bacarığı.
· Düzgün iş prosesini qurmaq bacarığı.
· Problemləri həll etmə bacarığı
Maraqlanan namizədlər [email protected] email ünvanına “Qeyri-ticari ehtiyatlar üzrə köməkçi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.