19 Catering MMC-də "Qida mühəndisi" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

 

Tələblər:

   Qida mühəndisliyi ixtisası üzrə ali təhsil;

  İstehsalat və ya kütləvi iaşə sahəsində minimum 1–3 il iş təcrübəsi (üstünlükdür);

   HACCP və ISO 22000 sistemləri üzrə biliklər;

   Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyəti;

   MS Office proqramlarında sərbəst işləmə bacarığı;

   Komanda ilə işləmək və operativ qərarvermə bacarığ;

 

Vəzifə öhdəlikləri:

   Mətbəxdə gündəlik təmizlik prosedurlarının və gigiyena qaydalarının icrasına nəzarət, müvafiq yoxlama formalarının izlənilməsi;

   Məhsullar üzrə etiketləmə, istehsal tarixi, son istifadə tarixi və parti nömrələrinin gündəlik yoxlanılması;

   İki vardiya üzrə çalışan mətbəx personalının gigiyena, intizam və proseslərə uyğunluq baxımından nəzarətdə saxlanılması;

   Hazırlıq, bişirmə, soyutma, paketləmə və digər istehsal mərhələlərinin standartlara uyğun icrasının yoxlanılması;

   Məhsulların uyğun temperatur şəraitində və düzgün saxlama sahələrində mühafizə olunmasının təmin edilməsi;

   Stok məhsulların SKT nəzarəti və FIFO / FEFO prinsiplərinə uyğun saxlanmasının təmin olunması;

   MAP (Modifiye Atmosfer Paketləmə) ilə bağlanan məhsullarda qaz dolumu, sızdırmazlıq və etiketləmə yoxlamalarının aparılması;

   Məhsulların uyğun soyuducu anbarlarda (ət, toyuq, tərəvəz, quru anbar və s.) düzgün temperaturda saxlanılmasının yoxlanılması;

   Satın alınan məhsulların qəbul mərhələsində keyfiyyət və qida təhlükəsizliyi baxımından yoxlanılması

   Personalın qida təhlükəsizliyi, gigiyena və şəxsi təmizlik mövzularında maarifləndirilməsi və təlimlərin təşkili

   Daxili və rəsmi yoxlamalar öncəsi sənədləşmə prosesinə dəstək göstərilməsi

 

Sizə təklif edirik:

   Rəqabətqabiliyyətli əmək haqqı;

   Rəsmi əmək müqaviləsi və sosial təminatlar;

   Peşəkar inkişaf imkanları və təlim proqramları;

 

 İş yeri: Bakı şəhəri

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 

 CV göndərmək üçün: [email protected]

  Mövzu hissəsində: “Qida mühəndisi”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.