Mövenpick Winter Park Baku *Qonaqlara xidmət üzrə agent* vakansiyası üzrə əməkdaş axtarır.

 

İşin təsviri:

* Qonaqları fərdi olaraq qəbul edərək onların müraciət və şikayətlərini peşəkar şəkildə cavablandırmaq;

* Müştərilərin suallarını diqqətlə dinləyərək lazım olan məlumatları nəzakət qaydalarına uyğun olaraq təqdim etmək;

* Digər şöbələrlə əməkdaşlıq edərək qonaq məmnuniyyətini təmin etmək;

* Yaranan problemləri səmərəli surətdə həll edərək iş prinsipinin düzgün getməsinə kömək göstərmək. 

 

İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;

İş saatı: Növbəli rejim, 8 saatlıq iş;

Əmək haqqı: 600 (net);

Nahar və forma şirkət tərəfindən verilir.

 

Tələblər:

• Otelçilik sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;

• Yaxşı səviyyədə azərbaycan və ingilis dili biliyi (rus dili üstünlükdür);

• Kompüter biliklərinə sahib olmaq;

• Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalıdır.

 

Ünvan: Qış parkının yaxınlığı

Vakansiyaya müraciət etmək istəyən namizədlər Cv formalarını +994502517012 nömrəsinə göndərməkləri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.