Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi “Qrafik dizayner” üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Tələblər:

Müvafiq sahədə iş təcrübəsi;

Ali təhsil;

Kompüter proqramları üzrə biliklər;

Qrafik dizayn üzrə fundamental bacarıqlar;

“Photoshop”, “Adobe Indesign”,“Adobe İllustrator” və “Microsoft Office” proqramlarında işləmək bacarığı; (Adobe Premiere Pro proqramını bilmək arzuolunandır)

Kreativlik (yaradıcı potensial);

Yeniliyə və peşəkar inkişafa açıqlıq;

Enerjili və yüksək fəaliyyət qabiliyyəti;

Stressə qarşı davamlılıq;

Əməkdaşlıq və komandada işləmək bacarığı;

Məsuliyyətlilik.

 

Vəzifə öhdəlikləri:

Gündəlik dizayn işləri ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi;

Sosial media postlarının hazırlanması;

Promo məhsulların dizaynı;

Çapa gedən məhsulların hazırlanması;

Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi;

Rəhbərliyin verdiyi tapşırıqların yüksək dəqiqlik və vaxtında təhvil verilməsi.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən “Qrafik dizayner” başlığı altında [email protected] e-mail ünvanına CV və Portfolionu göndərmələri xahiş olunur.

Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Portfoliosuz CV-lərə baxılmayacaq.

Son müraciət tarixi: 13 yanvar 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.