Azersun Holding -ə daxil olan AL Market MMC peşəkar komandasına 

Qrafik Dizayner üzrə yeni əməkdaş axtarır.

 

Vəzifə öhdəlikləri:

 

Brend standartlarına uyğun yaradıcı və vizual cəhətdən cəlbedici dizayn materiallarının hazırlanması

Mağaza daxili və çöl cəbhə dizaynlarının (vitrin, instore vizuallar, yönləndirici işarələr və s.) hazırlanması

Məhsul və markanın vizual identifikasiyasının qorunması və bütün kommunikasiya materiallarında vahidliyin təmin edilməsi

Çap materiallarının (poster, buklet, POSM və s.) dizaynının hazırlanması və çap prosesinə nəzarət

Endirim bukletlərinin hazırlanması, korrektələrin edilməsi və çap mərhələsinin koordinasiyası

Sosial media üçün statik vizual materialların hazırlanması

Dizayn layihələrinin planlanması, icrasının izlənməsi və vaxtında təhvil verilməsinin təmin edilməsi

Mətbəə və istehsal tərəfdaşları ilə koordinasiya və texniki tələblərə nəzarət

Mağaza və məhsul vizuallarının müasir dizayn trendlərinə uyğunlaşdırılması

 

Namizədə tələblər:

Qrafik dizayn sahəsində minimum 4 il iş təcrübəsi

Adobe Photoshop, Illustrator və CorelDRAW proqramlarında sərbəst işləmək bacarığı

Tipografiya, rəng nəzəriyyəsi və kompozisiya üzrə güclü biliklər

Yaradıcı və sistemli dizayn yanaşması

Layihə idarəetməsi və deadline-larla işləmək bacarığı

Real iş nümunələrini əks etdirən peşəkar portfel

Effektiv ünsiyyət və komandada işləmək bacarığı

Çap və istehsal prosesləri barədə praktik anlayış

 

Biz nə təklif edirik?

5 günlük iş rejimi (Bazar ertəsi – Cümə), iş saatları 09:00 – 18:00

Servis xidməti

Nahar şirkət tərəfindən təmin olunur

Stabil iş mühiti və strukturlaşdırılmış iş prosesi

Peşəkar komanda ilə əməkdaşlıq imkanı

 

Müraciət qaydası:

Namizədlər CV-lərini mövzu hissəsində “Qrafik Dizayner– AL Market” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.