ABV komandasına Qrafik Dizayner axtarılır
Əgər dizaynı yalnız estetik yanaşma deyil, həm də brend dəyərinin formalaşdırılması və marketinq hədəflərinə çatmaq üçün strateji alət kimi görürsünüzsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Əsas vəzifə öhdəlikləri:
• Sosial media, rəqəmsal reklam kampaniyaları, e-mail marketinq materialları, təqdimatlar, çap məhsulları və digər kommunikasiya vasitələri üçün kreativ vizualların hazırlanması
• Marketinq kampaniyaları, məhsul və xidmət təşviqləri üçün konseptual dizayn həllərinin yaradılması
• Briflər əsasında vizual kontentin hazırlanması və brend standartlarına uyğunlaşdırılması
• Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək effektiv kommunikasiya materiallarının hazırlanması
Namizəddən gözləntilərimiz:
• Qrafik dizayn sahəsində minimum 2–4 il iş təcrübəsi
• Sosial media, reklam, kampaniya və çap işlərini əhatə edən portfolio
• Adobe Creative Suite proqramlarında sərbəst işləmək bacarığı (Photoshop, Illustrator)
• Vizual iyerarxiya, kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə güclü biliklər
• Komanda ilə əməkdaşlıq, konstruktiv feedback qəbul etmə və vaxtın effektiv idarə olunması bacarığı
• Dinamik və sürətli iş mühitində yüksək məsuliyyətlə fəaliyyət göstərmək
• Motion Design və animasiya üzrə bacarıqlar (Adobe After Effects və digər müvafiq proqramlar) (üstünlükdür)
Təklif etdiyimiz imkanlar:
• Rəsmi işə qəbul
• 5 günlük iş rejimi: 09:00–18:00
• Böyük texnologiya brendləri ilə işləmək imkanı
• Peşəkar və inkişaf yönümlü komanda mühiti
• Müxtəlif marketinq layihələrində iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd olunmalıdır.