ixtisas.az komandasının üzvü olmaq istəyirsiniz?
Sizə şad xəbərimiz var!
Hazırda Qrafik dizayner və Sosial Media Meneceri axtarışındayıq.
Siz də bizə qoşularaq
• Fəaliyyət sahəniz üzrə təkminləşəcək;
• Komanda ilə işləmə bacarığınızı inkişaf etdirəcək;
• Sistemli şəkildə işləri həll etməyi və deadline"larla işləməyi öyrənəcək;
• Sosial əhatə dairənizi genişləndirəcəksiniz.
Bütün bunlarla yanaşı bizim də sizdən gözləntilərimiz var:
• Müraciət etdiyiniz sahə üzrə biliklərinizin olması (ən azı başlanğıc səviyyədə);
• İşinizə qarşı məsuliyyətli olmaq;
• Verilən tapşırıqları zamanında yerinə yetirmək;
• Yüksək motivasiya və həvəs.
Qeydiyyatdan keçmək üçün son tarix: 5 dekabr, saat 23:59.
Qeydiyyat linki şərhdə.
Qeyd edək ki, komandaya qoşulmaq istəyən şəxslər könüllü fəaliyyət göstərəcək.
Sizi komandamızda görməyi səbrsizliklə gözləyirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.