Region gənclərinin nəzərinə!
“Region Gənclərinin IV Liderlik Məktəbi” layihəsinə qeydiyyat başladı.
Gənclər və İdman Nazirliyi tərəfindən avqustun 10-16-da Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Region Gənclərinin IV Liderlik Məktəbi” layihəsi keçiriləcək.
Layihənin məqsədi region gənclərinin liderlik potensialını inkişaf etdirmək, onların ictimai fəallığını artırmaq, komanda quruculuğu, nitq mədəniyyəti və idarəetmə sahəsində bilik və bacarıqlarını gücləndirməkdir.
Kimlər müraciət edə bilər?
• 18–25 yaş aralığında olan gənclər;
• Azərbaycanın regionlarında yaşayan və ya ali təhsilini regionlarda davam etdirən gənclər;
• İctimai-sosial fəaliyyəti ilə fərqlənən gənclər;
• Bakalavr tələbələri.
Seçim prosesi
Müraciətlər anketdə təqdim olunan məlumatlar və müəyyən edilmiş seçim meyarları əsasında qiymətləndiriləcək. Yalnız seçim meyarlarına uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq və növbəti mərhələ ilə bağlı ətraflı məlumat təqdim olunacaq.
Son qeydiyyat tarixi: 20 iyul 2026-cı il, saat 15:00.


