“Region müəssisə və təşkilatlarında rəqəmsallaşma: problemlər və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
Hörmətli tədqiqatçılar,
29–30 aprel 2026-cı il tarixlərində UNEC Zaqatala filialının təşkilatçılığı ilə Filialın 10 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr olunan “Region müəssisə və təşkilatlarında rəqəmsallaşma: problemlər və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda iştirak etmək üçün müvafiq mövzu üzrə məqalələr (azərbaycan, türk, rus və ingilis dillərində) 10 aprel 2026-cı il tarixinədək [email protected] ünvanına göndərilməlidir.
Konfransın istiqamətləri:
️ Region müəssisə və təşkilatlarında rəqəmsallaşma
️ Region müəssisə və təşkilatlarında insan kapitalı və rəqəmsal savadlılıq səviyyəsinin araşdırılması
Sizi beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik!