Marketinq və Korporativ Əlaqələr Departamenti Reklam və Korporativ Əlaqələr üzrə Menecer / Baş mütəxəssis
Vəzifəyə olan tələblər:
-Ali təhsil (Marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi);
-Bank sektorunda Reklam və PR sahəsində minimum 5 il iş təcrübəsi;
-Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
-Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
-Azərbaycan dili (yüksək qrammatik yazı və redaktəetmə qabiliyyəti), Türk dili, İngilis dili (Rus dili arzu olunandır);
-Kreativ ideya və yaradıcı qabiliyəti;
-Kollektivlə işləmə bacarığı;
-Ünsiyyət və təqdimat bacarığı;
-Stresə davamlılıq;
-MS Office proqramları (yüksək səviyyədə).
Əsas vəzifələr:
-Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
-Marketinq və Korporativ Əlaqələr Departamentinin büdcə hazırlanmasında iştirak;
-KİV ilə əməkdaşlıq və münasibətlərin idarə olunması;
-KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqinin həyata keçirilməsi;
-Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirləri üzrə strategiyanın hazırlanması və korporativ qaydalara uyğun olaraq həyata keçirilməsi;
-Bankın cari məhsulları ilə bağlı reklam planlarının razılaşdırılması və həyata keçirilməsi;
-Bankın mövcud marketinq kampaniyalarının effektivliyinin yoxlanılması;
-Korporativ sosial məsuliyyət layihələri çərçivəsində təkliflərin hazırlanması və aparılması;
-PR strategiyasının yaradılması və həyata keçirilməsi;
-Aylıq SMM və PR planının hazırlanması və aparılması;
-SEO və Digital işlərinin aparılmasında iştirak;
-Press-relizlərin hazırlanması və yayımlanması;
-Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
-Filiallarda reklam işlərinin idarə edilməsi;
-Şirkətin rəsmi veb saytının idarə edilməsi;
-Reklam kanallarının effektivliyinin izlənilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını [email protected] adresinə göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.