Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasına müəllim vəzifəsinə vakansiya elan olunur
Azərbaycan Texniki Universitetinin (AzTU) 2026–2027-ci tədris ili üzrə Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları kafedrasına aşağıda adları qeyd olunan fənlərin tədrisi üçün müəllim seçimi elan edilir:
Tədris olunacaq istiqamətlər və fənlər:
İqtisadiyyat ixtisası üzrə:
· İqtisadiyyata giriş
· Mikroiqtisadiyyat
· Makroiqtisadiyyat
· Rəqəmsal iqtisadiyyat
· Azərbaycan iqtisadiyyatı
· Bilik iqtisadiyyatı, firmanın iqtisadiyyatı
· Milli hesablar sistemi
· Regional iqtisadiyyat
· İqtisadi fikir tarixi
· İnkişaf iqtisadiyyatı
· Aqrar iqtisadiyyat
· Sosial sahələrin iqtisadiyyatı
· Əməyin iqtisadiyyatı
· Data analitika
Ekonometrika və statistika ixtisasları üzrə:
· Statistika
· Tətbiqi statistika
· Ekonometrika
· Zaman sıralarının təhlili
· Maliyyə istiqaməti üzrə:
· Maliyyə uçotu
· İdarəetmə uçotu
· Bank işi
· Vergitutma
Tələblər:
Müvafiq ixtisas üzrə ali təhsil (Magistr təhsili);
Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
MS Office, MS Access, MS Project proqramları üzrə biliklər;
Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları; Boloniya prosesi haqqında biliklər.
Ali məktəb pedaqogikası, müasir təlim metodları və innovativ tədris texnologiyaları üzrə biliklər;
İxtisasa uyğun İT proqramlarından, data analitika alətlərindən və müasir tədris platformalarından (LMS, MS Teams və s.) sərbəst istifadə bacarığı;
Tədris planlarının və işçi proqramların hazırlanması və həyata keçirilməsi təcrübəsi;
Elmi-tədqiqat, layihə və innovasiya fəaliyyətlərinin təşkili bacarığı;
Tələbələrlə motivasiyaedici iş aparmaq, onların fərdi və peşəkar inkişafını dəstəkləmək bacarığı.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 20.07.2026-cı il


