RƏQƏMSAL MARKETİNQ MENECERİ VAKANSİYA
İş barədə məlumat:
• Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə edilməsi
• Paylaşımlar üçün məzmun planının (content plan) hazırlanması və icrası
• Sosial media reklam kampaniyalarının (Meta Ads, TikTok Ads və s.) qurulması, idarə edilməsi və nəticələrinin təhlili
• Sosial media trendlərinin izlənilməsi və şirkətin kontent strategiyasına tətbiqi
• Sosial mediada paylaşılacaq vizual materialların dizaynına və video çəkiliş proseslərinə nəzarət edilməsi
• Məlumat bazasının düzgün idarə olunması, CRM sisteminin izlənilməsi və idarə edilməsi
• Google Search, Google Display, sosial media, YouTube video reklamları və SMS marketinq üzrə rəqəmsal fəaliyyətlərin icrası
• Həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
• Şirkətin imicinə və brend tonuna uyğun sosial media üslubunun formalaşdırılması
• İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Həftə içi 5 gün Saat 10:00 dan -19:00 dək (şənbə günü növbəli və qısa iş günüdür)
• Əmək haqqı 1400-1800 AZN
• Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Namizədə tələblər:
• Ali təhsil (marketinq, biznes, kommunikasiya və ya oxşar sahə üzrə – arzuolunandır)
• Azərbaycan dilində əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
(Rus dili biliyi arzuolunandır)
• Google Analytics, Google Ads, Tag Manager, SEO alətləri, Meta Ads və YouTube Ads ilə işləmə bacarığı
• SMM və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi
(İT və ya elektronika sahəsində baza biliklərinin olması üstünlükdür)
• Kreativ düşüncə tərzi və yeni ideyalar təklif etmə bacarığı
Biz təklif edirik:
• Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
• Peşəkar və karyera yüksəlişi üçün imkanlar
• Rəqabətli əmək haqqı və müavinətlər paketi
• Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] Subject/Mövzu hissəsində “RMM” qeyd etməklə göndərmələri xahiş olunur