Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Əməkhaqqı: Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.
Tələblər:
Ali təhsil
35 yaşadək namizədlər
Azərbaycan dilində səlis ünsiyyət bacarığı (rus və ingilis dili biliyi arzuolunandır)
Kompüter bilikləri (MS Office proqramları, elektron sistemlərlə işləmək bacarığı)
Gecə–gündüz növbəli iş rejimində işləmək imkanı
Ünsiyyətcil, məsuliyyətli və stressə davamlı olmaq
Komandada işləmə bacarığı
Nizam-intizamlı və etik davranış qaydalarına riayət etmək
Vəzifələr:
Pasiyentlərin qəbulu və qeydiyyatının aparılması
Tibbi xidmətlər üzrə pasiyentlərə ilkin məlumatların verilməsi
Elektron qeydiyyat sistemində məlumatların düzgün daxil edilməsi
Pasiyentlərin müvafiq şöbələrə yönləndirilməsi
Daxili qayda və prosedurlara uyğun olaraq sənədləşmənin aparılması
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası
Müraciət qaydası:
CV-nizi və tələb olunan sənədlərin nüsxələrini xəstəxananın [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini qeyd etməyiniz xahiş olunur(məsələn: Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası – Qeydiyyatçı).
Müraciətlər nəzərdən keçiriləcək və yalnız göstərilən meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq.