Risklərin İdarəedilməsi sahəsində karyerana ilk addımı at!

 

 AFB Bank gənc istedadların erkən mərhələdə müəyyən edilməsi və inkişaf etdirilməsi məqsədilə Risklərin İdarəedilməsi Departamentində Təcrübə Proqramına start verir.

 

 Əgər maliyyə sektoru, risklərin təhlili və idarə olunması sahəsinə marağın varsa, analitik düşüncəni real bank mühitində inkişaf etdirmək və peşəkar komandadan öyrənmək istəyirsənsə — bu proqram məhz sənin üçündür.

 

Axtardığımız namizədlər:

 • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə tələbə və ya yeni məzunlar

 • Analitik düşünmə və problem həll etmə bacarığı olanlar

 • MS Excel üzrə baza biliklərinə malik olanlar

 • Öyrənməyə açıq, təşəbbüskar və məsuliyyətli gənclər

 • GPA 80 və yuxarı olması üstünlükdür

 

Səni nə gözləyir?

  Risklərin idarə olunması prosesləri ilə tanışlıq

  Peşəkar risk mütəxəssisləri ilə birgə iş

  Real layihələrdə iştirak

  Bank sektorunda uzunmüddətli karyera üçün güclü praktiki baza

 

 Müraciət üçün CV-nizi mövzu sətrində “Risklərin İdarəedilməsi üzrə Təcrübə Proqramı” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.