S.T.E.P. Pərakəndə Gənc İstedadlar Proqramına müraciət qəbulu davam edir!
Bazarstore və AL Market -də 5 aylıq rotasiya ilə pərakəndə sektorunu başdan sona təcrübə etmək imkanı qazan.
Niyə iştirak etməyə dəyər?
5 aylıq maaşlı real iş mühitində təcrübə
Azərsun Akademiyasının təşkil etdiyi peşəkar təlim proqramları
Mentor dəstəyi
İşi sahənin mütəxəssisdən öyrənmə
Proqramı uğurla başa vuran iştirakçılar üçün işlə təmin olunma imkanı
Kimlər Üçündür?
2024-2025-ci illərdə ali təhsilini başa vurmuş məzunlar
1 ilədək iş təcrübəsi olan gənclər
Magistratura pilləsində təhsil alan gənclər
Hansı istiqamətlərdə praktiki təcrübə qazanmaq fürsəti olacaq?
Satış
Planlama
İstehsalat PL
Marketinq
Təchizat zənciri
Maliyyə
Satınalma
İnsan Resursları
Müraciət et: [email protected]