Sabahdan məktəb seçimi başlayır
24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək. Valideynlər (qanuni nümayəndə)www.mektebeqebul.edu.azportalında “Ş��xsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər. Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesiwww.mektebeqebul.edu.azelektron portalı vasitəsilə aparılır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.